Aktyor Efe Deprem motosiklet qəzasında həyatını itirdi


İstanbulun Şişli qəsəbəsində motosikletin aşması nəticəsində aktyor Efe Deprem həyatını itirib.



Alınan məlumata görə, dünən axşam saatlarında Şişlinin Mecidiyeköy məhəlləsində baş verən qəzada Deprem motosikletdən yıxılaraq ağır yaralanıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə polis və təcili tibbi yardım qrupları sövq edilib. Aktyor dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu