Bill Qeyts Harrisi dəstəkləyən təşkilata 50 milyon dollar bağışlayıb


Bill Qeyts ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin namizədliyini dəstəkləyən qeyri-kommersiya təşkilatına maddi dəstək olub.


“The New York Times”ın (NYT) xəbərinə görə, o, Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyən “Future Forward” qeyri-kommersiya təşkilatına təxminən 50 milyon dollar bağışlayıb.

Mənbələr Qeytsin Nyu-Yorkun keçmiş meri Mayk Blumberq kimi insanlarla ianə ilə bağlı danışdığını qeyd edib və "Bloomberg"in də bu təşkilata oxşar ianə etdiyini bildirib.

Qeyts NYT-yə açıqlamasında Harrisin namizədliyinə ianə və dəstək kimi mövzulara toxunmayıb, lakin 2024-cü il prezident seçkilərinin digərlərindən fərqli olduğunu bildirib.

Qeyts ABŞ-da və dünyada səhiyyənin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə açıq öhdəliklər nümayiş etdirən namizədləri dəstəklədiyini bildirib.

"Bloomberg"in sözçüsü və "Future Forward" təşkilatı məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu