Tramp: Prezident olsam, xüsusi müşavir Cek Smiti işdən qovacağam
ABŞ-ın keçmiş prezidenti və noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp prezident olacağı təqdirdə ona qarşı istintaq aparan xüsusi prokuror Cek Smiti 2 saniyəyə işdən qovacağını bəyan edib.
ABŞ-ın keçmiş prezidenti və noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp bir radio proqramına verdiyi müsahibədə "Prezident olduqdan sonra seçim etməli olacaqsan. Ya özünə amnistiya verəcəksən, ya da Cek Smiti qovmalısan. Hansını edəcəksən?" sualına cavab verib.
Smitin fırıldaqçı olduğunu iddia edən Tramp Smiti 2 saniyəyə işdən qovacağını və prezident olanda bu məsələnin ilk həll olunacaq məsələlərdən biri olacağını vurğulayıb.
Mənbə: AA