Süni intellektlə yazılan xəbərləri başa düşmək daha çətindir


Süni intellektlə yazılan xəbərlər oxucular tərəfindən daha çətin başa düşülür.


Almaniyanın Lüdviq Maksimilian Universitetinin alimləri jurnalistlərin yazdığı və süni intellekt tərəfindən hazırlanan mətnlərin dilini müqayisəli şəkildə araşdırıblar.

Oktyabrın 22-də “Jurnalistika: Nəzəriyyə, Təcrübə və Tənqid” elmi jurnalında dərc olunan araşdırmada Böyük Britaniyanın internet saytlarında müntəzəm olaraq xəbərləri oxuyan ən azı 3000 insan iştirak edib. İştirakçılar yarısı süni intellekt, yarısı isə jurnalistlər tərəfindən yazılmış 24 mətndən birini qiymətləndiriblər.

Araşdırmanın aparıcı müəllifi Sina Thäsler-Kordonouri bildirib ki, oxucular süni intellektlə yazılmış xəbər mətnlərini daha az başa düşülən hesab edirlər.

Thäsler-Kordonouri deyir ki, bəzi süni intellekt mətnləri jurnalistlər tərəfindən düzəldilsə də, nəticə dəyişməyib.

Bildirilir ki, süni intellektlə hazırlanan mətnlərin daha çətin başa düşülməsinin səbəblərindən biri də söz seçimidir. Oxucuların bu mətnlərdə çətin başa düşülən söz və ifadələrlə qarşılaşmasının mənfi nəticələri olduğu qeyd edilib.

İştirakçıların süni intellektlə hazırlanan mətnlərdə rəqəmlərin və məlumatların yaxşı işlədilməsini tapmadıqları da bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu