Kosmosa səyahət biletləri satışdadır


Çinin "Deep Blue Aerospace" şirkəti 2027-ci ildə suborbital ekspedisiyası üçün hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satıb.


Sərnişinlərə 5 dəqiqəlik çəkisizlik təcrübəsi təklif olunacaq. Gələn ay daha çox bilet satışı planlaşdırılır.

Çində bir kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, dünən axşam "Taobao" e-ticarət saytında hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satılıb.

Qərargahı Çinin Jiangsu əyalətində yerləşən "Deep Blue Aerospace" adlı şirkət ölkədə kosmos turizmi satan ilk şirkət olub.

2027-ci ildə raketlə suborbital ekspedisiya təşkil etməyi qarşısına məqsəd qoyan şirkət, planlaşdırılan bu ekspedisiyanın ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənarda kosmosa daşıyaraq çəki itkisini yaşamalarını təmin edəcəyini vəd edir. Səyahət 12 dəqiqə davam edəcək.

Suborbital ekspedisiyanın xüsusi kosmik təyyarə ilə deyil, raketlə həyata keçirilməsi şirkətdən yaxın iki il ərzində bir çox pilotsuz uçuş sınaqları keçirməyi tələb edəcək.

Yenidən istifadə edilə bilən raket texnologiyasının köməyi ilə gələcəkdə bu cür kosmosa səyahətlərin xeyli ucuzlaşacağı proqnozlaşdırılır.

Şirkət gələn ay ekspedisiya üçün daha çox bilet satmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu