Polşada süni intellekt aparıcılarından istifadə edəcəyini açıqlayan radio qərarını geri götürdü


Jurnalistlərini işdən çıxarıb süni intellektlə yaradılan aparıcılarla yayımını davam etdirməyə qərar verən Polşada radio kanalı reaksiyalardan sonra bu qərarından imtina etdiyini açıqlayıb.



Jurnalistlərini həftələr əvvəl işdən çıxaran və Polşanın Krakov şəhərində süni intellekt layihəsi ilə yayıma başlayan “OFF Radio Krakow” adlı radio kanalı reaksiyalardan sonra geri addım adıb.

Radio kanalının sahibi Marcin Pulit verdiyi açıqlamada məqsədin süni intellektlə bağlı müzakirə başlatmaq olduğunu və buna nail olduqlarını bildirib.

Pulit süni intellektlə yaradılan aparıcılarla yayımın davam etdirilməsi təcrübəsinin 3 aylıq müddətə planlaşdırıldığını, lakin davam etmək üçün heç bir səbəb görmədiklərini bildirib.

Reaksiyalardan sonra radio kanalı süni intellektlə yaradılmış aparıcılarla yayıma davam etməmək qərarına gəlib.

Oktyabrın 23-də jurnalistləri işdən çıxardıqdan sonra "OFF Radio Krakow" adlı radio kanalı süni intellektlə yaradılmış aparıcılarla yayımını davam etdirmək qərarına gəlib və reaksiyalara səbəb olub.

Daha əvvəl radio kanalında aparıcılıq edən Mateusz Demski layihəyə cavab olaraq imza kampaniyasına başlayıb və 23 mindən çox insan onu dəstəkləyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu