Qəssam Briqadaları: Qəzzanın şimalında qurulan pusquda 10 İsrail əsgəri hədəfə alınıb


HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında Cibaliya bölgəsində 10 İsrail əsgərinin pusquya salınması nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.



Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Cibaliyanın Əl-Kasasib rayonunda 10 İsrail əsgərinin girdiyi evin partlayıcı ilə partladıldığı qeyd edilib.

Açıqlamada pusquda ölən və yaralanan əsgərlərin olduğu bildirilib.

Pusquda ölən əsgərlərin İsrail ordusunun bu gün öldüyünü elan etdiyi eyni əsgərlər olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, İsrail ordusu bu gün səhər saatlarında Qəzza zolağının şimalında Fələstin müqavimət qrupları ilə toqquşmalar zamanı Kfir briqadasının Samson batalyonundan 4 İsrail əsgərinin öldüyünü açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu