Rusiyada uşaqsızlığı təbliğ etmək qadağan edildi


Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması uşaqsızlıq təbliğatını qadağan edən qanun layihəsini qəbul edib.



AFN.az-ın xəbərinə görə, Dumada keçirilən plenar iclasda uşaq sahibi olmamaq ideologiyasının təbliğini qadağan edən qanun layihəsi bəyənilib.

Buna uyğun olaraq uşaqsızlığı təbliğ edən şəxslər və təşkilatlar müəyyən edilərək cərimələnəcək.

Qanuna görə, dövlət qulluqçularından başqa şəxslər 100 min rubla (təxminən 1000 dollar), dövlət qulluqçuları 200 min rubla (2 min dollar), hüquqi şəxslər isə 800 min rubla (8 min dollar) qədər cərimələnəcək.

Media vasitələri ilə təbliğat aparılarsa, 5 milyona qədər (51 min dollar) cərimə tətbiq ediləcək və ya bunu həyata keçirən təşkilatın fəaliyyəti 90 günə qədər dayandırılacaq.

Bildirilib ki, sözügedən qanun ənənəvi ailə dəyərlərinin qorunması məqsədilə qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu