Pakistanda kamikadze hücumunda 12 təhlükəsizlik işçisi həlak olub
Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində bir kamikadzenin həyata keçirdiyi hücum və qarşıdurmada 12 təhlükəsizlik əməkdaşı həyatını itirib, 6 silahlı isə zərərsizləşdirilib.
Bannuda nəzarət-buraxılış məntəqəsinə edilən kamikadze hücumu ilə bağlı Pakistan ordusundan açıqlama verilib.
Pakistanda hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar təşkil edir.
İslamabad TTP-nin (Pakistan Talibanı) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.