BMT: Noyabrda Livanda hər həftə təxminən 250 nəfər ölüb


Livanda 2024-cü ilin noyabr ayında İsrail və şiə Hizbullah hərəkatı arasında gedən döyüşlərdə hər həftə təxminən 250 nəfərin ölümü qeydə alınıb.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Beynəlxalq təşkilat öz hesabatında bildirir ki, Livan son onilliklər ərzində ən yüksək ölüm halını yaşayır: "Misli görünməmiş humanitar böhran 1 milyondan çox insanı əhatə edir. 2023-cü ilin oktyabrından bəri qurbanların sayı 3,7 minə çatıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu