Londonda terror təşkilatı PKK tərəfdarları ilə polis arasında qarşıdurma baş verib


İngiltərədə terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanılmasının ardından ikinci dəfə etiraz aksiyası təşkil edən terror təşkilatı tərəfdarları yenidən polislə toqquşub.



İngiltərənin paytaxtı Londonda "Turnpike Lane" qatar stansiyasının çıxışında toplaşan terror təşkilatı PKK tərəfdarları daha sonra polisin axtarış apardığı Haringeydə icma mərkəzi adı altında istifadə etdikləri dərnəyə doğru yürüş edib.

Yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən terror təşkilatı tərəfdarları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşub.

Terror təşkilatı PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri ataraq hücum etməyə cəhd etdikdən sonra qruplaşma ilə polis arasında dava düşüb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu