KİV: Medvedev özünə Britaniya istehsalı olan yaxta alıb
AFN.az xəbər verir ki, bu barədə "The Insider" məlumat yayıb.
Halbuki o, son vaxtlar tez-tez NATO ölkələri üçün nüvə müharibəsindən xəbər verən bəyanatlar verir.
Məsələn, “Britaniya adlanan ada yaxın bir neçə ildə batacaq. Lazım gələrsə hipersəs raketlərimiz kömək edəcək”, - deyə o, 2024-cü ilin sentyabrında açıqlama vermişdi. Cəmi bir neçə ay əvvəl İngiltərənin Plimut şəhərindəki "Princess Yachts" gəmiqayırma zavodunda elə həmin ildə istehsal olunmuş "Hurry Up" adlı yaxta Rusiyaya gətirilib. Onun dəyəri təxminən 4,3 milyon dollardır.
Lakin bu, Medvedevin "donanması"nda yeganə yaxta deyil. 2023-cü ildə onun üçün 5 milyon dollara GV yaxtası alınıb.