Bayden Rusiyanın Ukraynaya hava hücumunu pisləyib
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya etdiyi hava hücumunu pisləyib və ölkəsinin Ukraynaya dəstəyini bir daha bəyan edib.
Bu barədə Ağ Evdən açıqlamaya verilib.
ABŞ-ın Ukraynaya dəstəyini xatırladan Bayden "ABŞ Ukraynaya və onun azadlıq mübarizəsinə dəstək vermək üçün 50-dən çox ölkə ilə birlikdə hərəkət edir" deyib.
Bayden Rusiyanın hava hücumu nəticəsində bir çox Ukrayna vətəndaşının işıqsız qaldığını bildirib və qeyd edib ki, ABŞ hökuməti qışa hazırlıq çərçivəsində Ukraynaya enerji şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə kömək etmək üçün işlərini davam etdirir.