2080-ci ildə yaşlı əhalinin sayı gənclərdən çox olacaq


Birləşmiş Millətlər Təşkilatının dünya əhalisi ilə bağlı proqnozlarına görə, 65 və yuxarı yaşda olan əhali 30 ildən sonra indiki səviyyəsini iki dəfə artıra bilər. 2080-ci ilə gəldikdə isə yaşlıların sayı gənc əhalini keçə bilər.



Hazırda dünyada 8,2 milyard insan yaşayır.

Birləşmiş Millətlər Təşkilatının bu il açıqladığı əhali proqnozlarına görə, dünya əhalisinin 2,1 milyard artaraq 2080-ci illərdə 10,3 milyarda çatacağı gözlənilir. Hesabata görə, bu rəqəm qlobal əhali zirvəsi olacaq. Bu nöqtədən sonra azalma gözlənilir və bu əsrin sonuna kimi 10,2 milyarda düşə biləcəyi bildirilir.

Əhali proqnozlarında diqqətəlayiq məlumatlar da var. Belə ki, hazırda 830 milyon olan 65 və yuxarı yaşlı insanların sayı 2054-cü ildə iki dəfə arta, yəni 1,7 milyarda çata bilər.

2070-ci illərin sonuna qədər yaşlı əhalinin sayının 2,2 milyarda çatacağı gözlənilir. 2080-ci ilə qədər isə onun 18 yaşdan kiçik uşaqları ötəcəyi proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu