Devid Saks Ağ Evin "kripto çarı" olacaq


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibkar və investor Devid Saksın Ağ Evin "Süni İntellekt və Kripto Çar”ı kimi xidmət edəcəyini açıqlayıb.



Tramp "Truth Social "sosial media platformasındakı yazısında, bu rolda Saksın ABŞ-ın rəqabət qabiliyyətinin gələcəyi üçün kritik olan süni intellekt və kriptovalyuta sahələrində administrasiyanın siyasətlərinə rəhbərlik edəcəyini bildirib.

Saksın diqqətini Amerikanı hər iki sahədə açıq şəkildə qlobal lider etməyə yönəldəcəyini vurğulayan Tramp, internetdə ifadə azadlığını qoruyacağını və böyük texnologiya senzurasından uzaqlaşacağını bildirib.

Saksın Prezident yanında Elm və Texnologiya Məsləhətçiləri Şurasına da rəhbərlik edəcəyini açıqlayan Tramp, Sackın 25 ildir Silikon Vadisində ən məşhur şirkətlərdən bəzilərini quran və onlara sərmayə qoyan yüksək müvəffəqiyyətli bir sahibkar və investor olduğuna diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu