Rumıniyada prezident seçkilərinin nəticələri ləğv edildi


Rumıniya Konstitusiya Məhkəməsi noyabrın 24-də keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.



Məhkəmədən verilən açıqlamada birinci turun nəticələrinin ləğvi ilə bağlı qərarın tələb olunduğu və seçki prosesinin yenidən başlanmasının istəndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, prezident seçkiləri ilə bağlı yeni planlama aparılmalıdır.

Prezident seçkilərinin ikinci turu dekabrın 8-nə planlaşdırıldığı halda, anti-NATO və anti-Qərb müstəqil namizəd Kalin Georgescu və mərkəz sağçı Rumıniya Birliyini Xilas Partiyasından Elena Laskoninin üz-üzə gələcəyi gözlənilirdi.

Bu arada o da bildirilib ki, xaricdə yaşayan rumıniyalı seçicilər bazar günü keçirilməsi planlaşdırılan ikinci tur üçün səs verməyə başlayıblar.

Yerli KİV-də yayılan xəbərlərdə deyilir ki, birinci raundda xarici güclərin iştirakı ilə bağlı dərc olunan sənədlər məhkəmənin ləğvi barədə qərara təsir edib.

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda Georgesku 22,95 faiz, Laskoni isə 19,17 faiz səs toplayıb və ikinci tura keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu