Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iraqlı qaçqın saxlanılıb
Almaniyanın Bavariya bölgəsinin Auqsburq şəhərində 37 yaşlı iraqlı qaçqın Əli Əl-Ci Milad bazarında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə "Welt" telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun telefonunda sübut aşkar ediblər. Məlum olub ki, qaçqının İnstaqram sosial şəbəkəsindəki profilində (Rusiya Federasiyasında ekstremist kimi tanınan Meta təşkilatına aiddir) radikal islamçıların ideologiyanı yaymaq üçün istifadə etdikləri nəşidlərlə videolar dərc edilib.
Polisin məlumatına görə, videolardan birində terror aktı üçün mümkün hazırlıqlar əks olunub. Videolardan birində “İslam Dövləti” terror təşkilatının tərəfdarının maskalı şəkli də yerləşdirilib.