Qrenlandiyanın baş naziri Trampa cavab verdi: Biz satılıq deyilik


"Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq".


AFN.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Qrenlandiyanın baş naziri Mute Egede bildirib.

O, ABŞ-ın yeni seçilmiş prezidenti Trampın bəyanatlarını şərh edib. "Biz azadlıq uğrunda uzun sürən mübarizəmizi itirməməliyik" - deyə Mute Egede qeyd edib.

Xatırladaq ki, Donald Tramp "Truth" sosial şəbəkəsində yaydığı açıqlamasında "ABŞ-ın Qrenlandiya üzərində nəzarətə ehtiyacının olduğunu" bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu