Tramp Panamada səfir vəzifəsinə namizədini açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalına nəzarəti ələ keçirməklə hədələdikdən bir neçə gün sonra ABŞ-ın Panamadakı səfiri vəzifəsinə namizədini açıqlayıb.
“Mən Kevin Marino Kabreranın Panama Respublikasında ABŞ səfiri vəzifəsində çalışacağını elan etməkdən məmnunam” – deyə o, bildirib. "Latın Amerikası siyasətini Kevin qədər az adam başa düşür - o, Panamada ölkəmizin maraqlarını təmsil edən FANTASTİK bir iş görəcək!" - Tramp əlavə edib
"NBC News" yazır ki, Mayami əsilli Kabrera iki il əvvəl öz rayonundakı seçkidə qalib gəlib.
Trampın sadiq tərəfdarı olan siyasətçi əvvəllər Floridada Trampın 2020-ci il kampaniyasının meneceri vəzifəsində çalışıb və Respublikaçılar Milli Komitəsinin üzvü olub.
Kubalı mühacirlərdə anadan olub və Mayami-Dade Kollecini ardınca isə Florida Beynəlxalq Universitetini bitirib. Onun təyinatı Senatın təsdiqinə tabedir.