Panamada etirazçılar Trampın portretini yandırıblar

Panamada nümayişçilər ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmadığı təqdirdə ona nəzarəti bərpa etmək istəyi ilə bağlı sözlərinə etiraz olaraq ABŞ bayrağını yandırıblar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, görüntülər instaqramda yayılıb.
"Biz fürsətdən istifadə edərək ABŞ hökumətinin kanalımızı geri almaq niyyəti ilə bağlı açıqlamasını qəti şəkildə rədd etdiyimizi ifadə etmək istəyirik. Biz hökumətdən daha qətiyyətli davranmağı xahiş edirik", - deyə etiraz təşkilatçılarından biri bildirib.
Nümayiş Panama hökumətinin sosial siyasətləri ilə razılaşmadığını bildirmək üçün çağırılıb, lakin iştirakçılar fürsətdən istifadə edərək Trampın bəyanatlarını da pisləyiblər. Video görüntülərdə nümayişçilərin Amerika bayrağı və Trampın portretini yandırdıqları görünür.
Tramp bildirib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər. O, kanaldan istifadəyə görə yüksək tarifləri tənqid edib, 1999-cu ildə kanala nəzarətin verilməsinin digər ölkələrə güzəştdən çox “əməkdaşlıq jesti” olduğunu vurğulayıb və Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb.