Hindistanda üsyançı qrup polis avtobusunu partladıb
Hindistanın Bicapur şəhərində qiyamçı mao qruplaşmanın nümayəndələri polis avtobusunu partladıblar.
Bu barədə "Hindustan Times" məlumat yayıb.
Qeyd edilib ki, kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi səkkiz Rayon Ehtiyat Mühafizəsinin (DRG) əsgərinin həyatına son qoyub. Maoçuların bu hücumu Hindistan təhlükəsizlik işçilərinə son iki ildə edilən ən böyük hücum kimi qiymətləndirilir.
“Bu kədəri sözlə ifadə etmək mümkün deyil, amma sizi əmin edirəm ki, əsgərlərimizin fədakarlığı əbəs olmayacaq”, - Hindistanın daxili işlər naziri Amit Şah bildirib.
Xatırladaq ki, 2021-ci ildə 400-ə yaxın hind komandosu maoçu üsyançılar tərəfindən pusquya salınıb.
Qeyd edək ki, Naxalit maoçuları 1960-cı illərdən bəri Hindistanda fəaliyyət göstərirlər. Onlar maoizm və marksizm-leninizm təbliğ edirlər və onların terror fəaliyyəti dünyada ən yüksək yerlərdən birini tutur.