Hindistanda 4 yaşlı uşaqda quş qripi aşkarlanıb


Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) quş qripinə yoluxma halı aşkarlanıb.



Hindustan Times qəzetinin məlumatına görə, bu hadisə Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi A (H9N2) xəstəliyinin aşkarlandığını təsdiqləyib.

Ağır tənəffüs yoluxucu xəstəliklər, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb.

Uşağın evdə ev quşları ilə təmasda olduğu bildirilərkən, onun ailəsində və ya ətrafda tənəffüs yoluxucu xəstəlik əlamətləri göstərən başqa kimsənin olmadığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu