Bayden İsrail-HƏMAS razılaşmasının öz nailiyyəti olduğunu deyib

ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında Qəzza zolağında yeni atəşkəs razılaşmasının əldə edilməsində onlardan hansının rol oynadığı barədə Donald Trampın komandasına cavab vedib.
“Bu plan mənim komandam tərəfindən aparılan danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb. Lakin bunu əsasən ABŞ-ın növbəti administrasiyası həyata keçirəcək”, - deyə Bayden həmvətənləri ilə vida televiziya çıxışında qeyd edib. O əlavə edib ki, komandasına gələn administrasiyanı tam məlumatlandırmağı əmr edib.
Bir müddət əvvəl Amerikanın növbəti prezidentinin keçid komandası “Prezident Tramp Qəzzada atəşkəslə bağlı razılaşma əldə etdi” başlığı ilə press-reliz yaymışdı.