ABŞ Dövlət Departamenti missiyalarına LGBT bayraqlarının nümayişini qadağan edib
Dövlət Departamenti ölkədə və xaricdə missiyalara ABŞ milli bayrağından başqa hər hansı bayrağın dalğalanmasını qadağan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müvafiq memorandumun surətini əldə edən "Washington Free Beacon" portalı məlumat yayıb.
“Bu gündən etibarən yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ABŞ qurumlarında dalğalana və ya nümayiş etdirilə, ABŞ hökumətinin materiallarında istifadə oluna bilər” - deyə portal sənəddən sitat gətirib. Həmçinin qeyd edilir ki, əmri pozan Dövlət Departamentinin hər hansı əməkdaşı əmək və müqaviləyə xitam verilməsi də daxil olmaqla, intizam tənbehi ilə üzləşəcək.