Ukrayna Rus Pravoslav Kilsəsi ilə əlaqəni qadağan edib


Ukrayna hökuməti ölkədə fəaliyyəti qadağan edilən xarici dini qurumlarla hər hansı əlaqənin yalnız xüsusi icazə ilə həyata keçirilə biləcəyi barədə qərar qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, qəbul edilən sənəd “Ukraynada fəaliyyəti qadağan edilmiş xarici dini təşkilatla münasibətlərə və/yaxud əlaqələrə və/yaxud ünsiyyətə fərdi razılığın verilməsi qaydasını” müəyyən edir. Digər məsələlərlə yanaşı, hökumətin fərmanı “müvafiq kommunikasiyaların və əlaqələrin həyata keçirilməsinə nəzarətin həyata keçirilməsi qaydasını” müəyyən edir.

Radanın deputatı Oleksiy Qonçarenko bildirib ki, Ukraynada qadağan olunmuş dini qurumla əlaqə saxlamaq üçün Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətindən icazə almaq lazımdır. “Qətnamədə hansı təşkilatların müzakirə olunduğu barədə heç bir məlumat yoxdur, lakin onun Rus Pravoslav Kilsəsi olduğunu güman etmək olar”, - deyə o, Teleqram kanalında yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu