Cənubi Koreyada müəllim 8 yaşlı şagirdi bıçaqlayaraq öldürüb


Cənubi Koreyanın hakimiyyət orqanları Daejon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllimin 8 yaşlı şagirdini bıçaqlayaraq öldürdüyünü bildirib.


"Yonhap"ın məlumatına görə, Daejon şəhərində ibtidai məktəbdə 8 yaşlı şagird və 40 yaşlı müəllim yaralı vəziyyətdə tapılıb.

Müəllimin müalicəsi davam edərkən huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şagird həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başladan polis müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini bildirib.

Polis bildirib ki, müəllim əvvəllər depressiyaya görə məzuniyyətə çıxıb və keçən ilin sonunda yenidən dərs deməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu