İsveçrə də Rusiyanın bəzi məhkəmə qərarlarını tanımayacaq
![](/uploads/posts/2025-02/isvecre-rusiya.jpg)
İsveçrə Aİ-nin Rusiyaya qarşı 15-ci sanksiyalar paketi çərçivəsində qəbul edilmiş bir sıra əlavə tədbirlərə, xüsusən də Rusiya məhkəmələrinin bəzi qərarlarının tanınması və icrasına qadağa qoyulmasına qoşulmaq qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin saytında yerləşdirilən məlumatda deyilir.
"Federal Şura 12 fevral 2025-ci il tarixli iclasında Aİ-nin Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin gələcək tədbirlərini təsdiqləmək barədə qərar qəbul edib. Artıq Rusiya məhkəmələrinin Rusiya və İsveçrə şirkətləri arasında mübahisələr üzrə müstəsna yurisdiksiya elan etdiyi müəyyən qərarlarının tanınması və icrası qadağandır" - deyə məlumatda qeyd edilir.
İsveçrə hökuməti bu tədbiri İsveçrə şirkətlərinin hüquqlarının qorunmasına kömək etmək və onları maliyyə itkilərindən qorumaq niyyətindədir.