Ukrayna danışıqları Avropa İttifaqının iştirakı ilə aparılmalıdır - Fransa XİN


Avropa İttifaqı ölkələri ABŞ-ın Ukrayna üzrə danışıqlar prosesinə daxil olması kontekstində koordinasiyalı mövqe sərgiləməlidirlər.


Bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro Parisdə Almaniya, Böyük Britaniya, İspaniya, Polşa və Ukraynanın xarici işlər nazirləri arasında aparılan müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu görüşün məqsədlərindən biri danışıqlara tam şəkildə qoşulmağa qərar verən Amerika administrasiyasına göndərdiyimiz mesajları koordinasiya etməkdir", - Barro bildirib.

O qeyd edib ki, Paris görüşü Aİ-nin 27 ölkəsinin Brüsseldəki təmaslarından bir neçə gün sonra keçirilir. "Ukraynanın nizamlanması üzrə danışıqlar Avropa İttifaqının iştirakı ilə aparılmalıdır" - deyə Barro əlavə edib.

Onun sözlərinə görə, Paris görüşünün iştirakçıları Ukraynanın Avroatlantik inteqrasiyasına sadiqdirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu