"Rheinmetall"ın baş direktoru Avropanın silah anbarlarının boş olduğunu deyir

Almaniyanın "Rheinmetall" silah istehsalı şirkətinin rəhbəri Armin Papperger bildirib ki, Avropa İttifaqı ölkələrində hazırda Ukraynanın təhlükəsizliyini təmin etmək və Rusiyanın mümkün təcavüzünə qarşı çıxmaq üçün kifayət qədər silah ehtiyatı yoxdur.
“Avropalıların və ukraynalıların anbarlarında heç nə yoxdur”, - deyə o, “Financial Times”a açıqlamasında bildirib. Pappergerin fikrincə, bu vəziyyət Avropanın onilliklər ərzində müdafiəyə minimal sərmayə qoymasının və müvafiq xərclərin ÜDM-in 1%-i səviyyəsində saxlamağı normal hesab etməsinin nəticəsidir.
Papperger deyir ki, nəticədə ABŞ Aİ ölkələrinə “uşaq” kimi davranmağa başladı. “Valideynlər nahar edirsə, uşaqlar başqa masada oturmalıdırlar. ABŞ Rusiya ilə danışıqlar aparır və bir nəfər də olsun avropalı masa arxasında oturmur. Avropalıların uşaq olduğu çox aydın oldu" - deyə zavod direktoru qeyd edib. Eyni zamanda o, ABŞ prezidenti Donald Trampın Rusiyanı Ukraynada atəşkəsi dayandırmağa məcbur edə biləcəyinə şübhə edib. Amma buna baxmayaraq, Papperger deyir ki, onun şirkəti hələ də fayda görəcək, çünki Avropa silah istehsalına sərmayə qoyacaq. “Rusiya-Ukrayna müharibəsi bitsə belə, bizim çox dinc gələcəyimiz olacağını düşünmək düzgün olmaz”, - deyə "Rheinmetall" rəhbəri vurğulayıb.