Cənubi Koreya "DeepSeek"in istifadəçi məlumatlarını Çinə sızdırdığını təsdiqlədi


Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) Çində yerləşən bir firma tərəfindən hazırlanmış süni intellekt modeli "DeepSeek"in Cənubi Koreyalı istifadəçilərin məlumatlarını "TikTok"un ana şirkəti "ByteDance"a sızdırdığını açıqlayıb.



"Yonhap"ın məlumatına görə, PIPC Cənubi Koreyalı istifadəçilərin məlumatlarının "DeepSeek" tərəfindən üçüncü tərəflərə göndərildiyini bildirib.

PİPC "DeepSeek"in "ByteDance" ilə əlaqə saxladığını təsdiqləyib və hansı məlumatların və nə dərəcədə ötürüldüyünü hələ müəyyənləşdirmədiklərini bildirib.

Qeyd edək ki, PIPC "DeepSeek"in məlumat toplama üsulları ilə bağlı narahatlıqlarına görə ölkə daxilində müvəqqəti olaraq endirilməsini dayandırmışdı və Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarına uyğun olaraq tənzimləmələr edildikdən sonra qadağanın qaldırılacağını söyləmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu