HƏMAS fevralın 22-də 6 israilli məhbusu azad etməyə razılaşıb


HƏMAS fevralın 22-də baş tutacaq mübadilə çərçivəsində üç deyil, altı israilli əsiri azad etməyə razılaşdığını açıqlayıb.



HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye İsraillə əldə olunan atəşkəs razılaşması çərçivəsində məhbus mübadiləsi gündəmi ilə bağlı açıqlama verib.

Hayye bildirib ki, Həmas 4 israilli əsirin cəsədini fevralın 20-də Qırmızı Xaça təhvil verəcək.

Bundan əlavə, Hayye fevralın 22-də əvvəlcədən planlaşdırıldığı kimi 3 deyil, 6 israilli əsiri azad ediləcəyini bildirib.

HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu bildirən Hayye, Təl-Əviv rəhbərliyinin atəşkəsin ikinci mərhələsi üçün danışıqlara başlamaqdan çəkindiyini qeyd edib.

Yerli media İsrail hökumətinin konteyner evlərin və tikinti texnikasının Qəzzaya daxil olmasına icazə vermək üçün fevralın 22-də üç israilli məhbus əvəzinə altı israilli məhbusun azad edilməsini tələb etdiyini bildirib.

İsrailin HƏMAS-ın bu addımından sonra qərarını dəyişib-dəyişdirməyəcəyi hələlik məlum deyil.

Fevralın 22-də HƏMAS-ın sağ qalan altı israilli əsiri azad etməsi ilə atəşkəs razılaşmasının birinci mərhələsində məhbus mübadiləsi əməliyyatları başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu