BMT: Son altı ayda Ukraynanın şərqində 200 mindən çox insan didərgin düşüb


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Avropa Regional Bürosunun direktoru Filipp Leklerk son 6 ayda Ukraynanın şərqində artan hücumlar səbəbindən 200 mindən çox insanın evlərini tərk etdiyini bildirib.



Leklerk bu qiymətləndirmələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında verib.

Rusiya-Ukrayna müharibəsindən 3 il keçdiyini xatırladan Lekler müharibə nəticəsində Ukraynada minlərlə insanın həlak olduğunu bildirib:

"Müharibə misilsiz dağıntılara səbəb olub, ailələri parçalayıb, əhəmiyyətli psixoloji travmaya səbəb olub, ölkənin iqtisadiyyatını və infrastrukturunu dağıdıb. Təkcə son altı ayda artan hücumlar səbəbindən Ukraynanın şərqində 200 mindən çox insan evlərini tərk edib. Müharibə səbəbindən 10,6 milyon ukraynalının evlərini tərk etdiyini təxmin edirik. Bu müharibədən öncəki əhalinin 4-də 1-i qədərdi. Ukrayna daxilində 3.7 milyon insan yaşayış yerini dəyişib və 6,9 milyon qaçqın xaricdə müdafiə almağa davam edir”.

Ukraynada 2 milyondan çox evin 10 faizindən çoxunun zədələndiyini və ya dağıldığını deyən Leklerk, enerji infrastrukturuna təkrarlanan hücumların insanları soyuq və qaranlığa qərq etdiyini əlavə edib.

"Yeni köçkünlər getdikcə daha həssas olurlar. Yaşlılar və əlillər ən çox ehtiyac duyduqları xidmətlərə çıxışda tez-tez əlavə çətinliklərlə üzləşirlər", - deyə Lekler bildirib.

Leklerk vurğulayıb ki, ukraynalılar indi sülhə və yardıma ehtiyac duyurlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu