Trampın doğum hüququ ilə vətəndaşlığı qadağan edən sərəncamının bərpası tələbi rədd edildi

ABŞ-da apellyasiya məhkəməsi prezident Donald Trampın ölkədə doğulan uşaqların vətəndaşlıq almasını qadağan edən fərmanın bərpası tələbini rədd edib.
"NBC News"un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Trampın sərəncamının bərpası üçün apellyasiya məhkəməsinə müraciət edib.
Doqquzuncu Dairə Apellyasiya Məhkəməsinin üç hakimi departamentin Trampın ölkədə doğulan uşaqların vətəndaşlıq almasına mane olan sərəncamını bərpa etmək tələbini rədd edib.