Avropa ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına şübhə ilə yanaşır

Avropa rəsmiləri ABŞ-ın Rusiyaya qarşı sanksiyaları saxlayacağına və dəstəkləyəcəyinə şübhə edirlər.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
“Rəsmilər qorxurlar ki, əgər ABŞ öz tədbirlərini ləğv edərsə və ya ən azı onlardan yan keçməkdən artıq narahat olmadığına işarə edərsə, Rusiya çox güman ki, bir çox sahələrdə həmişəki kimi öz işinə qayıtmaq üçün onun ətrafında ucaldılmış qlobal maliyyə divarındakı boşluqdan istifadə edə biləcək”, - deyə nəşr qeyd edir.
Materialda bildirilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının bir hissəsinin hələ də məhdudiyyətləri saxlamaq istədiyini və hətta buna “aqressiv meylli” olduğunu iddia edən mənbələr var. Bu baxımdan sual açıq qalır və Vaşinqtondakı fikir ayrılıqlarının olduğunu göstərir.
Qeyd edək ki, Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri 16-cı anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.