Braziliyada şürüşmələr səbəbindən fövqəladə vəziyyət elan edildi

Braziliyanın Amazon bölgəsindəki Buritikupu şəhərində əmələ gələn nəhəng çuxurlar yüzlərlə evi təhlükə altına alıb.
Maranhao əyalətinin Buritikupu şəhərində bir çox bina uçub, 55.000 nəfərdən 1200-ü genişlənən uçurum səbəbindən evlərini itirmək riski ilə üzləşib.
Son çöküşlər Buriticupu sakinlərinin son 30 ildə izlədikləri problemin kəskinləşməsini əks etdirir.
Səlahiyyətlilər evlərin uçuruma sürüklənməsi riski səbəbindən bölgədə fövqəladə vəziyyət elan edib.
Bölgədə müşahidə edilən yağışlar qumlu quruluşuna görə həssaslaşan torpağı tədricən aşındırır və bu problemdə yaxşı planlaşdırılmamış tikinti işləri və meşələrin qırılması da rol oynayır.
Qeyd edək ki, kütləvi torpaq eroziyaları Braziliyada “voçoroka” kimi tanınır. Yerli mənşəli bu söz "yeri yıxmaq" deməkdir və çuxurlar üçün istifadə olunur.