Baltimorda körpünün uçması səbəbindən fövqəladə vəziyyət elan edilib
Merilend ştatı Baltimorda körpünün uçması səbəbindən fövqəladə vəziyyət elan edib. Bu barədə ştatın qubernatoru Ues Mur X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Mən Merilend ştatında fövqəladə vəziyyət elan etdim və biz prezident Co Bayden administrasiyasından federal resursları tez bir zamanda yerləşdirmək üçün idarələrarası komanda ilə işləyirik" - deyə qubernator bildirib.
Martın 26-da Baltimorda Frensis Skott Key şossesi körpüsü uçub. Quruluşun dağılmasına səbəb yük gəmisi ilə toqquşma olub. Konteyner gəmisi körpüyə çırpılaraq Patapsko çayına düşüb. Körpünün ərazisində nəqliyyatın hərəkəti tamamilə bağlanıb, yaxınlıqdakı tuneldən və ya şəhərdən dolama yol həyata keçirilir.