İtmiş Malayziya təyyarəsi üçün axtarış işləri yenidən başladılıb

Malayziya Hava Yollarına məxsus "MH370" reysinin itməsindən təxminən 11 il sonra yenidən axtarış işlərinə başlanılıb.
"MalayMail"in məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb.
Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus "Armada 7806" gəmisi axtarış əməliyyatları üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.
Dağıntıların tapıldığı təqdirdə "Ocean Infinity"ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.