Sudanda hərbi təyyarə qəzaya uğrayıb: Ölən və yaralananlar var

Sudan ordusu paytaxt Xartumun Umdurman bölgəsindəki Vadi Seyidna hərbi bazasından havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində mülki vətəndaşların və əsgərlərin həyatını itirdiyini açıqlayıb.
Ordu sözçüsü tərəfindən verilən açıqlamada "Təyyarələrimizdən birinin bu axşam Vadi Seyyidna hərbi bazasından havaya qalxdıqdan sonra qəzaya uğradığı" bildirilib.
Təyyarə qəzası nəticəsində mülki vətəndaşlar və əsgərlər həyatını itirib və yaralanıb.
Açıqlamada yaralıların müalicə üçün xəstəxanaya aparıldığı, yanğınsöndürənlərin qəza yerində başlayan yanğını nəzarətə götürdüyü bildirilib.