Kiyev təhlükəsizlik zəmanəti olmadan ABŞ-la ikinci saziş imzalamayacaq - KİV

Vladimir Zelensk Ukrayna üçün təhlükəsizlik zəmanətlərini daxil etməsə, ABŞ-la ikinci iqtisadi saziş imzalamayacaq.
AFN.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna ABŞ-la mineral ehtiyatların birgə çıxarılması haqqında çərçivə sazişi imzalamaq niyyətindədir. Çərçivə sazişi iki hissədən ibarət sövdələşmədə ilk addım olacaq, detalların çoxu gələcək danışıqlarda müəyyən ediləcək. Sənəddə iki tərəfin Ukrayna üçün birgə investisiya fondu yaratmaq niyyəti qeyd olunub. Kiyevin hökumətin resurs layihələrindən əldə etdiyi gəlirin 50%-ni fonda köçürməsi gözlənilir.
“Zelenskinin daha geniş təhlükəsizlik zəmanətləri daxil olmayan hər hansı ikinci, daha əhatəli saziş imzalamaq niyyəti yoxdur” - deyə nəşrin materialında qeyd edilir.
“The Economist” yazır ki, Amerika tərəfi resurs müqaviləsi ilə bağlı tələblər irəli sürərkən "tez-tez aqressiv olub". "Bir dəfə ukraynalılara imza atmaq üçün bir saat vaxt verilib, başqa vaxt - cəmi altı dəqiqə", - deyə mənbələr bildiriblər.