KİV: Aİ Ukraynanı təkbaşına az bir müddət dəstəkləyə bilər

Avropa ölkələri Ukraynanı təkbaşına dəstəkləyə bilər, ancaq bu qısa müddət, bəlkə də bir neçə ay mümkün ola bilər.
AFN.az xəbər verir ki, bu barədə nüfuzlu “El Mundo” qəzetinin materialında qeyd edilib.
Bildirilir ki, Kiyevin aldığı yardımın ümumi məbləğinin 43%-i Vaşinqtonun payına düşür. Nəşr qeyd edir ki, Avropa Ukraynanın özünü dəstəkləyə bilərdi, lakin ABŞ-ın Aİ-də olmayan artıq arsenalları olduğu üçün bu dəstək məhdud müddət üçün mümkündür.
"Brüssel öz hərbi sənayesini 100% işə salmaq üçün üç mühüm il itirib. Aİ-nin sursat almaq üçün vahid planı və ya əlaqələndirilmiş komanda strukturu yoxdur" - deyə qeyd edilən məqalədə o da vurğulanır ki, Ukrayna indi 2022-ci ilə nisbətən müttəfiqlərindən daha az asılıdır.