Pakistanda hərbi obyektə kamikadze hücumu olub

Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda hərbi obyektə kamikadze hücumları həyata keçirilib.
Yerli rəsmilər bildiriblər ki, iki kamikadze hücumu Bannuda, əsasən təhlükəsizlik qüvvələrinin ofisləri və evlərinin yerləşdiyi hərbi zona divarına yaxın ərazidə baş verib.
Səlahiyyətlilər partlayışlardan sonra divardakı yarıqdan əraziyə daxil olan digər hücumçuların zərərsizləşdirildiyini və əməliyyatların davam etdiyini bildirib.
Səlahiyyətlilər hücumlarda ölən və yaralananların sayı barədə təfərrüatlı məlumat verməyib.
Digər tərəfdən, hücuma görə məsuliyyəti Pakistan Talibanının üzərinə götürdüyü bildirilib.