Havay adalarında Kilauea vulkanı yenidən lava püskürüb

Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı 2024-cü ilin dekabrından bəri 12-ci dəfə püskürüb.
ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) yerli vaxtla saat 07:30-da Kilauea vulkanında püskürmənin baş verdiyini açıqlayıb.
Açıqlamada vulkanın yerli vaxtla saat 14:00-da 45-60 metr hündürlükdə fasilələrlə lava püskürməyə başladığı bildirilib.
Vulkanın aktiv qaldığı və vulkanik fəaliyyətlərin yaşayış məntəqələri üçün təhlükə yaratmadığı qeyd edilib.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.