ABŞ HƏMAS tərəfdarlarının deportasiyasına hazırlaşır


Dövlət Departamenti HƏMAS tərəfdarlarının sonradan deportasiya edilməsi məqsədi ilə giriş vizalarını və yaşıl kartlarını ləğv edəcək.


AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio X hesabında bildirib.

"Biz Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və/yaxud yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya olunsunlar", - Amerika diplomatiyasının rəhbəri vurğulayıb.

O, bu barədə ABŞ-ın immiqrasiya orqanlarının Nyu-Yorkdakı Kolumbiya Universitetində ötən ilin yazında İsrailə qarşı etirazlarda mühüm rol oynamış fələstinli Mahmud Xəlili həbs etməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu