Rusiya XİN: Ər-Riyadda Rusiya-Amerika məsləhətləşmələri başa çatıb

Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən məsləhətləşmələr başa çatıb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir.
Nazirlik Rusiya nümayəndə heyətinin Ər-Riyaddakı “The Ritz-Carlton” otelindəki danışıqlar yerini tərk edərkən çəkilmiş videogörüntüləri əlavə edib.