Starmer: Rusiyaya qarşı sanksiyalar ləğv edilməməli, əksinə, gücləndirilməlidir

Britaniyanın baş naziri Keyir Starmer hesab edir ki, Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı hələ çatmayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu Ukrayna üçün təhlükəsizlik zəmanətinin verilməsi məsələsi ilə bağlı Parisdə keçirilən istəklilər koalisiyasının sammitindən sonra bildirib.
"İndi sanksiyaları ləğv etməyin vaxtı deyil. Əksinə, biz ABŞ-ın təşəbbüsünü dəstəkləmək, bu qrup ölkələrin növbəti təzyiqi ilə Rusiyanı danışıqlar masasına oturtmaq üçün sanksiyaları necə gücləndirə biləcəyimizi müzakirə etdik", - deyə o, vurğulayıb.
“Bu, Rusiyaya iqtisadi təzyiqi artırmaq, yeni və daha sərt sanksiyaların qəbulunu sürətləndirmək, Rusiyanın enerji gəlirlərinə təzyiqi artırmaq və bu təzyiqin nəticə verməsini təmin etmək üçün birgə işləməliyik”, - Starmer izah edib. O əlavə edib ki, bu nöqteyi-nəzər 30-a yaxın ölkədən nümayəndənin daxil olduğu bu yaxınlarda keçirilən toplantının iştirakçıları tərəfindən bölüşdürülüb.