İtaliyada "Tesla" dilerində baş verən yanğında 17 avtomobil yanıb

İtaliyanın paytaxtı Romada "Tesla" dilerində səhər saatlarında baş verən yanğın nəticəsində 17 avtomobil yanıb.
Ölkə mətbuatında yer alan xəbərə görə, paytaxtın şərqində, Terranova bölgəsində, Serracapriola küçəsində yerləşən "Tesla" dilerində saat 04.30 radələrində naməlum səbəbdən yanğın baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın söndürülüb. Lakin hadisə zamanı 17 avtomobil yanıb.
Polis hadisə yerində yanğının qəza və ya yandırılma nəticəsində baş verməsini araşdırır.
Qeyd edək ki, ABŞ da daxil olmaqla bir çox ölkədə "Tesla" dilerləri və obyektləri, şirkətin iqlim böhranından vurduğu ziyanı ödəməli olduğu səbəbiylə etiraz dalğası və hücumlarla üzləşir.
İtaliyada bəzi fəallar bu yaxınlarda Milanda "Tesla" dilerinin qarşısında etiraz aksiyası keçiriblər.