"Əl Ərəbiyyə": ABŞ Yəməndə husi komandirini öldürdü

Yəmənin Səada əyalətindəki üsyançı Ənsar Allah hərəkatının səhra komandiri Əbu Abdullah əl-Hamran ABŞ-ın son zərbəsi nəticəsində öldürülüb.
AFN.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, əl-Hamran Səada vilayətinin qubernatorunun müavini vəzifəsində çalışıb və bölgədəki Ənsar Allah qüvvələrinə komandanlıq edib. Keçən həftə ABŞ-ın zərbəsi nəticəsində məhv edilib. Husilərin regional təhsil şöbəsinin müdiri də daxil olmaqla, onun ətrafındakılardan bəziləri də basqın zamanı öldürülüb.