Okan Buruk: Eyni hərəkəti mən etsəm, 10 oyun cəza alacaqdım


Türkiyə Kubokunun dörddəbir final mərhələsində baş tutan "Fənərbağça" - "Qalatasaray" matçından sonrakı hadisələrdən danışan Okan Buruk hakimin sarı vərəqə verdiyindən xəbərsiz olduğunu bildirib.


Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Okan Buruk Joze Mourinyoya daha ağır cəza verilməsini gözlədiyini bildirib.

"Matçdan sonra inzibati direktor Uğur Yıldız gəlib mənə hakim sənə sarı vərəqə göstərdi dedi. Hadisədən belə xəbər tutdum. Zərbəni mən aldım, bəzi qruplar mənim yıxıldığıma baxaraq, az qala adama "Afərin" deyəcəklər! Həqiqətən də uzatmaq istəmədiyim üçün susuram. Bu mövqedə olan heç kim fiziki hücuma məruz qalacağını gözləməzdi. Onsuz da bunu kim gözləyirdi?! Yıxılarkən reaksiyamı hesablamıram! Mourinyo da dırnaqları ilə üzümə zərbə endirdi. Orada fərqli davransaydım, mən də cəzalandırılacaqdım. Ayaqda qalsaydım, yəqin ki, 10 oyunluq cəzalanacaqdım", - deyə O.Buruk bildirib.

Qeyd edək ki, görüş "Qalatasaray" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo yalnız Türkiyə Kubokunda keçərli olmaqla üçoyunluq cəzalandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu