ABŞ-ın Virciniya ştatında atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-ın şimal-şərqindəki Virciniya ştatında atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Şerif ofisinin sözçüsü Elizabet Skotun sözlərinə görə, atışma yerli vaxtla saat 17:30-da ştatın Spotsilvaniya bölgəsində qeydə alınıb.
Milli mətbuatda çıxan xəbərlərə görə, hadisə yerinə hüquq-mühafizə qüvvələri göndərilib. Atışmada 3 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilib.
Yaralılar xəstəxanaya çatdırılıb və ictimaiyyətə hadisə yerindən uzaq durmaları barədə xəbərdarlıq edilib.
Hadisə yerinə çoxlu müfəttişin ayrıldığı və şübhəlilərin axtarışa verildiyi açıqlanıb.
Qeyd edək ki, hadisənin baş verdiyi Spotsilvaniya bölgəsi ABŞ-ın paytaxtı Vaşinqtondan təxminən 100 kilometr cənub-qərbdə yerləşir.