ABŞ-da ziyafətdə baş verən atışmada 3 nəfər ölüb


Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.



Bu barədə NBC10 yerli polis müfəttişinə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 2:00 radələrində təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib. Hazırda itkilər barədə məlumat müxtəlifdir. İlkin məlumata görə, altıdan 10 nəfərə qədər yaralı var. Telekanalın istinad etdiyi rəsmi məlumata görə, onların vəziyyəti stabil qiymətləndirilir.

Yerli müfəttişin sözlərinə görə, 33 yaşlı kişi hadisə yerində, 23 yaşlı gənc isə ayağından və qarnından aldığı güllə yarası nəticəsində xəstəxanada ölüb. Üçüncü ölən şəxs isə 29 yaşlı kişi olub.

Hadisənin səbəbi müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu